İyulun 21-nə keçən gecə Ukraynaya məxsus 23 pilotsuz uçuş aparatı (PUA) Moskva vilayəti üzərində Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məhv edilən dronların əksəriyyəti Moskvaya doğru yönəlib.
Ümumilikdə, Ukrayna Silahlı Qüvvələrinin 14 dronu Kursk, 12-si Rostov, 10-u Bryansk və 10-u Kaluqa vilayətləri üzərində zərərsizləşdirilib. Tula vilayətində 4, Lipetsk vilayətində isə 1 PUA vurulub.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib ki, Ukraynaya məxsus pilotsuz aparatın qalıqları Kamenolomni qəsəbəsinə düşərək dəmir yolu vağzalının dam örtüyündə yanğına səbəb olub. Hadisə nəticəsində idarəetmə məntəqəsində olan 3 nəfər təxliyə edilib.
Bölgə rəhbəri həmçinin qeyd edib ki, Rusiya hərbçiləri Novoşaxtinsk, Şaxtı və Novoçerkassk şəhərləri üzərində də pilotsuz uçuş aparatlarını vurublar. Yerə düşən qalıqlar nəticəsində bəzi dağıntılar qeydə alınıb.
"Rosaviasiya" ötən gecə Moskvadakı dörd aeroportun hamısının (Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski) işinə məhdudiyyətlər qoyub. Məhdudiyyətlər təxminən üç saat ərzində qüvvədə olub.
Lalə,
BakuPost