Ru
20:52 / 22 Mart 2023

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı
Eye

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev öldüyü, həyat yoldaşı əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəkinin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.


Bakupost.az xəbər verir ki, faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci(yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.


Xatırladaq ki, qəza bu gün saat 18 radələrində Abşeron rayonu Saray qəsəbəsində qeydə alınıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar