Ru
19:32 / 22 Mart 2023

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı rəsmi açıqlama

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı rəsmi açıqlama
Eye

Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Bakupost.az a bildirilib ki, avtomobili idarə edən sürücü Oqtay Əliyevin sükan arxasında qəfil ürəyi tutub:

“Nəticədə onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, qum maneəsinə çırpılıb. O, hadisə yerində ölüb. Bir nəfər qadının isə qolu sınıb və xəstəxaya yerləşdirilib”.

Qeyd edək ki, Oqtay Əliyev yaxın zamanlarda ürək əməliyyatı keçirib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar