Ru
13:46 / 23 Mart 2023

Oqtay Əliyev dəfn olundu - FOTO/YENİLƏNDİ

Oqtay Əliyev dəfn olundu - FOTO/YENİLƏNDİ
Eye

Əməkdar mədəniyyət işçisi, prodüser, rejissor Oqtay Əliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Bakupost.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, sənət dostları iştirak edib.

Qeyd edək ki, Oqtay Əliyev martın 22-də yol qəzası zamanı dünyasını dəyişib.

***
Dünən yol qəzasında həlak olan rejissor, prodüser Oqtay Əliyevlə vida mərasimi keçirilir.

Bakupost.az xəbər verir ki, mərhumun Yasamalda yerləşən evində keçirilən mərasimdə ailə üzvləri, iş yoldaşları və sənət adamları və digər şəxslər iştirak edirlər.

Qeyd edək ki, Oqtay Əliyevlə eyni vaxtda qəzaya düşən həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva bu gün xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, Oqtay Əliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq. Məlumatı onun yaxınları təsdiqləyiblər.

Bundan əvvəl O.Əliyevin Mehdiabad qəbiristanlığında dəfn olunacağı barədə xəbər yayılmışdı.

Zaur, BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar