Ru
23:31 / 22 May 2025

Ordumuzun qarşısını kəsən, sərhədimizdə meydan oxuyan İran ordusu Qarabağda – Nə baş verir?

Ordumuzun qarşısını kəsən, sərhədimizdə meydan oxuyan İran ordusu Qarabağda – Nə baş verir?
Eye

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İran İslam Respublikasından cəlb olunan heyətin iştirakı ilə “Araz-2025” birgə təliminin keçirilməsi Ermənistanda şok effekt yaradıb.

Bakupost.az xəbər verir ki, İran işğal illərində Ermənistanın iqtisadi-hərbi nəfəsliyi rolunda çıxış edib və hər zaman rəsmi İrəvanın işğal siyasıtinə dolayısı ilə dəstək verib. Həmçinin 44 günlük müharibə zamanı da İran Ermənistana hərbi-siyasi dəstək göstərməklə bərabər, hətta müharibənin ən şiddətli vaxtında hücum edən Ordumuzun qarşısına çıxaraq, bir sutka ərzində hücumu ləngitmiş və erməni hərbçilərin toparlanmasına şərait yaratmışdı.

Ermənistanın 10 noyabr 2020-ci il kapitulyasiyasından sonra da İrəvana dəstək verən İran sərhədimizi pozaraq, Xankəndiyə yanacaq daşıyır, erməni separatçıların silahlanmasına töhfə verirdi. Bununla bərabər, İran yalnız Ermənistanın işğalına son qoyulandan və İranla sərhədlər bərpa olunandan sonra Azərbaycan sərhədi yaxınlığına ordu və böyük texnika toplayaraq, ilk dəfə irimiqyaslı təlim keçirdi. Təlim zamanı Araz çayının keçilməsinin məşqi də Azərbaycana mesaj, güc nümayişi idi. İran həmçinin Qarabağdakı ermənilərin “hüquqlarından” da bəhs etməkdən çəkinmirdi.

Ancaq aradan bir neçə il keçəndən sonra İranla Azərbaycan arasında münasibətlərdə yumşalma və siyasi əlaqələrin güclənməsi müşahidə olunur. Hətta iş o səviyyəyə çatır ki, İran hərbçiləri Azərbaycanla birlikdə işğaldan azad olunan ərazilərdə birgə təlimə qatılırlar.

İran və Azərbaycan hərbçilərinin məhz işğaldan azad olunan torpaqlarda birgə təliminin anlamı nədir:
1. Azərbaycan bununla faktiki olaraq ərazi bütövlüyünə bütün qonşuları tərəfindən hörmət edildiyini nümayiş etdirir və 44 günlük savaş və 2023-cü ildəki birgünlük antiterror əməliyyatlarının nəticələrini legitimləşdirir;
2. İrana 30 ildən çoxdur yeritdiyi siyasətində səmimi olduğunun nümayişidir. Belə ki, Azərbaycan heç bir halda İrana qarşı hər hansı hücum əməliyyatında plastdarm olmayacaq;

3. İşğaldan azad olunmuş ərazilərdə bəzilərinin, o cümlədən SEPAH-a (Azərbaycan Ordusu ilə təlimdə iştirak edən İran ordusunun əsgərləridir, SEPAH deyil – red.) bağlı informasiya şəbəkəsinin iddia etdiyi kimi, İsraillə əlaqəli heç nə yoxdur – Qarabağda yalnız və yalnız sosial bərpa və quruculuq işləri gedir və bunu İran müşahidə edə bilər və s.

İranla Azərbaycan arasında əlaqələrin inkişafından Ermənistanın siyası elitası ciddi narahatlıq keçirməkdədir. Erməni mediası 2-3 gündür Bakı və Tehran arasında münasibətlərin inkişafının mümkünsüzlüyü haqda ekspert rəyləri tirajlayırlar və bu zaman İranın bəlli qüvvələrinə bağlı politoloqlardan istifadə edirlər. Hətta Azərbaycana qarşı kəskin çıxışları ilə seçilən və bir çox halda İran Prezident Administrasiyası və XİN-in deyil, radikal-mühafizəkar qüvvələrin sözçüsü rolunda çıxış edən Mehdi Sübhaninin də Zəngəzur dəhlizinə qarşı münasibətini bir daha tirajlayıblar.

Maraqlıdır ki, bu kampaniyanı Ermənistanda aparan müxalif media, ona dəstək verən iranlı ekspertlər isə Qumdan təlimat alanlardır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar