Ru
00:55 / 19 Aprel 2022

Orucluq zamanı bədənə ağrıkəsici iynə vurdurmaq olarmı?

Orucluq zamanı bədənə ağrıkəsici iynə vurdurmaq olarmı?
Eye

Oxucu sual verir:


Orucluq zamanı bədənə ağrıkəsici iynə vurdurmaq, qadınlara aid və yaxud bağırsaq şamları qoymaq olarmı?

Cavab:

Bədənə ağrıkəsici iynə vurdurmaq orucu batil etməz, bu barədə bütün müctəhidlər fikir birliyinə sahibdir. Lakin qidalandırıcı ampul və sistem vurdurmaq barədə müctəhidlərin fətvaları eyni deyildir. Bəziləri (məsələn, Ayətullah Sistani) buna icazə verir, bəziləri (məsələn, Ayətullah Xameneyi, Məkarim Şirazi, Vəhid Xorasani) isə bunu ehtiyata görə qadağan edir. Bu mövzuda hər kəs təqlid etdiyi müctəhidin fətvasını öyrənməli və əməl etməlidir. Axıcı maye ilə imalə etdirmək orucu batil edər. Lakin bağırsağa yeridilən və ya qadınlar tərəfindən istifadə edilən müalicə şamlarının istifadəsi icazəlidir. Çünki bunlar maye yox, bərk haldadır.

Mənbə: islam.az

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar