Ru
09:50 / 08 May 2024

Oteldə zəhərlənən 4 dost barədə ilginc faktlar - Prezident ona ev vermişdi… - FOTO

11417
Bakıda “My Music” hotelində zəhərlənən 4 dostla bağlı ilginc faktlar üzə çıxıb.

Bakupost.az xəbər verir ki, zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib edir. Onlar iddia edirlər ki, faciə qida zəhərlənməsindən baş verib. Bildirirlər ki, oteldə verilən göbələk onları zəhərləyib.

İçkidən zəhərlənmələri barədə yayılan məlumatları da təkzib edirlər: “Nicat Cabbarlı və Xəzər Cabbarlı ümumiyyətlə spirtli içki qəbul etmirlər”.

Bakupost.az hadisə nəticəsində həyatını itirmiş iki şəxs və sağ qalanların şəxsi həyatları ilə bağlı yeni məlumatlar əldə edib.


Fotoda: Kənan Mustafayev




Məlum olub ki, hadisə nəticəsində vəfat etmiş1998-ci il təvəllüdlü Kənan Mustafayev kiçik yaşlarından ata-anasını itirib. Ona görə də həmişə dostlarının xüsusi qayğısı, diqqətində olub.

Fotoda: Orxan Əmirov




1993-cü il təvəllüdlü Orxan Əmirov kiçik bizneslə məşğul olub, Qaradağ rayonu, Lökbatan qəsəbəsində mağaza işlədirmiş.

Fotoda: Xəzər Cabbarlı




1998-ci il təvəllüdlü Xəzər Cabbarlı Aprel döyüşlərinin və Vətən müharibəsi iştirakçısıdır. Zabitdir. İndi ehtiyata çıxıb. İdmançıdır.


Fotoda: Nicat Cabbarlı




1991-ci il təvəllüdlü Nicat Cabbarlı isə şəhid övladıdır. Şuşalıdır. Prezidentin şəxsən tapşırığı ilə onlara ev verilib.

Onun Astara Gömrük İdarəsinə müavin təyin olunması da bundan sonra baş verib.

Faciə baş verən məclisi də Nicat təşkil edib. Hər dəfə Astaradan Bakıya gələndə dostlarını bir yerə yığırmış.


Qeyd edək ki, Səbail rayonunda yerləşən “My Music” hotelində 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı TƏBİB məlumat yayıb. Bildirilir ki, mərkəzə 06.05.2024-cü il tarixində saat 04:50 radələrində Səbail rayonu, Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub, çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlər gələnə kimi Kənan və Orxanın vəfat etməsi məlum olub. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıb.

Onların qidadan zəhərləndiyi düşünülürdü. Lakin Qida Təhlükəsizliyi Agentliyi məlumatı təkzib edib.

“Hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi yoxdur”.

Hazırda araşdırmalar davam etdirilir


Elnur
BakuPost




Şərhlər
  • Siyavuş

    QTA nə zaman real iş görüb?Onların işi rüşvət yığmaq.yalan sertifikar vermək,baş girləmək olub.Nuya bunu yatadlandan indiyədək yuxarılar görmür.bilmir? Ölkə talançılara bağışlanıb.Yığ, bizə çatacaq faizi çatdır.AQTA bu devizlə çalışma üçün yaradlıb.ı

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər