Ru
20:19 / 01 Fevral 2024

Ötən ay sərhəddə 934 min manatlıq qaçaqmal saxlanılıb - DSX

Ötən ay sərhəddə 934 min manatlıq qaçaqmal saxlanılıb - DSX
Eye

Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 934 min 715 manat оlan qaçaqmal, о cümlədən 1 ədəd “Glock” tapançası, külli miqdarda ABŞ valyutası, nərə balığı və tütün məmulatları saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2024-cü ilin yanvar ayının icmalına dair məlumatında bildirilir.

Bundan başqa, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 107 kiloqram 343 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 135 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar