Ru
20:25 / 07 Yanvar 2024

Ötən il professor elmi adı verilən şəxslərin sayı AÇIQLANDI

Ötən il professor elmi adı verilən şəxslərin sayı AÇIQLANDI
Eye

Ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 58 nəfərə professor elmi adı verilib.

Bu barədə Bakupost.az-a Ali Attestasiya Komissiyasından məlumat verilib.

Bildirilib ki, onlardan 10 nəfərə texnika elmləri üzrə, 7 nəfərə tibb elmləri üzrə professor adı verilib. Riyaziyyat, biologiya, tarix, sənətşünaslıq, filologiya elmlərinin hər biri üzrə 4 nəfər professor elmi adı alıb.

Həmçinin kimya, iqtisad elmləri, hüquq elmlərinin hər biri üzrə 3 nəfər, fəlsəfə, psixologiya, pedaqogika, fizika elmlərinin hər biri üzrə 2 nəfər, aqrar elmlər, coğrafiya, memarlıq, milli təhlükəsizlik və hərbi elmlərin hər biri üzrə isə 1 nəfər professor elmi adına layiq görülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar