Ru
23:25 / 17 İyun 2024

Papikyan Parisə silah üçün gedib?

Papikyan Parisə silah üçün gedib?
Eye

Ermənistanın müdafiə naziri Suren Papikyan Parisə işgüzar səfəri çərçivəsində Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornyu ilə görüşüb.

Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, görüşdə Ermənistan və Fransa arasında müdafiə sahəsində mövcud əməkdaşlıq prosesi müzakirə olunub.

Suren Papikyan Ermənistanın müdafiə sektorunda aparılan islahatlar barədə həmkarəna məlumat verib və bu istiqamətdə Fransa ilə birgə səylərin vacibliyini vurğulayıb.

Bildirilir ki, tərəflər hərbi-texniki əməkdaşlığın vacibliyini qeyd ediblər və “bu sahədə yeni razılaşmalar əldə ediblər”.

Zaur, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar