Ru
21:02 / 05 İyun 2024

"Paşinyan COP29-dan bəhanə kimi istifadə edir” - Politoloq

2707
“Davamlı sülh üçün açıq qalan suallar olmamalıdır. Azərbaycan Ermənistanın qanunvericiliyində bütün problemləri göstərib. Konstitusiya və müstəqillik bəyannaməsinə istinad, Ermənistan Ali Sovetinin 1992-ci ildən bəri bəzi qərarları, Ermənistan Xarici İşlər Nazirliyi səviyyəsində tonlarla məktub və müraciətlər. Bunlar tam və davamlı sülhə maneələrdir. Ermənistanın baş naziri öz bəyanatlarında bu problemlərin olduğunu etiraf edib, lakin sonradan geri çəkilib. İndi də Ermənistan XİN rəhbəri Azərbaycan və Ermənistan konstitusiyalarını bərabərləşdirməyə çalışır. Sanki Azərbaycan Konstitusiyasında Ermənistana ərazi iddiası var”.




Bunu politoloq Fərhad Məmmədov Bakupost.az -a bildirib.

Onun dediyinə görə, Azərbaycanda nə Konstitusiya səviyyəsində, nə də prezident və parlamentin qərarları, qanunlar, normativ aktlar səviyyəsində Ermənistana qarşı ərazi iddiası yoxdur:

"Ermənistan problemlərin olduğunu etiraf etməli və onları həll etməyə başlamalıdır. Təkcə dövlət qurumlarının saytlarında “Dağlıq Qarabağ” bölmələrinin bağlanması problemi həll etməyəcək. Çoxdan gözlənilən sülhü reallığa çevirmək üçün hərəkətə keçmək lazımdır. Yoxsa belə bir təəssürat yaranır ki, Paşinyan zamanla oynayır və COP29 mövzusundan istifadə edərək qanunvericilikdə dəyişiklik etmədən sülh müqaviləsi prosesini sürətləndirir. Bunun üçün əsasən, "tarixi fürsət var" kimi ifadələrdən, Qərbdən gələn müraciətlərdən istifadə edir. Amma Paşinyan başa düşməlidir ki, Bakı COP29-u gözləyə bilər. Bakı üçün əsas məsələ danışıqlar prosesinin ardıcıllığı, istənilən revanşizm imkanlarının məhv edilməsidir. Bu gün Paşinyan var, sabah isə olmaya bilər. Onda məsələlər necə olacaq?! Azərbaycan çalışır ki, Ermənistanda ən qızğın revanşist hakimiyyətə gəlsə belə, onun bizə qarşı iddialar irəli sürmək imkanı olmasın. Bakı Ermənistandakı revanşistlərdən, müharibədən qorxmur və Ermənistanı məğlub etməyə hazırdır”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər