Ru
15:41 / 24 Noyabr 2022

"Paşinyan etibarsız olduğunu bir daha sübut etdi" - Millət vəkili

  "Paşinyan etibarsız olduğunu bir daha sübut etdi" - Millət vəkili
Eye

“Paşinyanın KTMT Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina etməsi növbəti erməni yanlışlığının nəticəsidir”.

Bunu Bakupost.az-a açıqlamasında millət vəkili Fazil Musatafa Paşinyanın KTMT-nın Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina etməsinə münasibət bildirərkən deyib.

Millət vəkili Paşinyanın bu hərəkəti ilə bir daha nə qədər etibarsız müttəfiq olduğunu sübut etdiyini bildirib:

“Paşinyan elə hesab edir ki, bununla hanısısa bir prinsipial mövqeni müdafiə edir. Əslində isə o, öz etibarını itirir. Çünki Ermənistanın daxil olduğu, əsas güvəndiyi müəyyən sənədlərin imzlandığı təşkilat KTMT-dır. Bu gün bu təşkilata daxil olan və hüquqa sayğı ilə yanaşan dövlət başçıları da Azərbaycan əleyhinə hər hansı bir müddəanın imzalanmasına maraq göstərmirlər. Paşinyanın bu bəyənnaməni imzalamaqdan imtina etməsi onun bir daha müttəffiq olaraq etibarsız olduğunu sübut etdi.

Ermənistanın bu təşkilatın tərkibində olan hansısa dövləti öz arxasınca aparacaq nüfuzu, gücü yoxdur. Ona görə də bu o qədər də narahatlıq doğurmur. Narahatlıq doğuran məqam odur ki, Paşinyan 10 noyabr sazişinə necə münaisbə göstərirsə, bu sənədə də o cür baxır. Ondan yayınmağa çalışır. Amma bütün hallarda biz onun 10 noyabr sazişindən yayınmasına imkan verməyəcəyik”.

Günel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar