Ermənistanda 30-a yaxın maskalı şəxs Şirak yeparxiyasının qərargahına basqın edib.
Bakupost.az xəbər verir ki, bu barədə erməni vəkil Miqran Poqosyan sosial şəbəkədə məlumat verib.
Hadisə bu gün, səhər saatlarında baş verib.
Şirak yeparxiyasının lideri Mikael Ajapahyan xəbəri təsdiqləyib, amma orada olmadığını bildirib.
Həmin şəxslərin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları olduğu deyilib.
Qeyd edək ki, 17 iyun 2025-ci il tarixdə Mikael Ajapahyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci bəndi ilə (hakimiyyəti ələ keçirməyə, ərazi bütövlüyünü pozmağa, konstitusiya quruluşunu zorla devirməyə açıq çağırışlar) cinayət işi başlanıb.
Xatırladaq ki, iyunun 25-də Ermənistan İstintaq Komitəsi arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs mübarizə” hərəkatının üzvlərinin ölkədə hakimiyyəti ələ keçirmək məqsədi ilə terror aktları hazırlaması barədə məlumat yayıb.
B.Qalstanyanın və tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlar aparılıb. Həmin gün axşam saatlarında məhkəmə onları həbs edib. Son günlər Ermənistanda dövlət çevrilişi planlaşdırmaqda ittiham edilən 15 nəfər saxlanılıb.