Ru
20:33 / 23 Oktyabr 2026

Vətən müharibəsi qazisi necə qətlə yetirildi - Təfərrüat

Vətən müharibəsi qazisi necə qətlə yetirildi -  Təfərrüat
Eye

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən qətl hadisəsinin yeni təfərrüatı məlum olub.


"Bakupost" Oxu.Az-a istinadla xəbər verir ki, toy məclisindən çıxan Şərif Nərimanov, Elmin və Rahib Əminov qardaşları ilə Vüqar Şirinzadə arasında mübahisə baş verib.

Mübahisə zamanı Vüqar Şirinzadə hər üç şəxsi bıçaqlayıb. Xəsarət alan şəxslərdən Vətən müharibəsi iştirakçısı, 33 yaşlı Rahib Əminov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Qeyd edək ki, polis tərəfindən keçirilən tədbirlərlə V.Şirinzadə saxlanılaraq istintaqa təhvil verilib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, 33 yaşlı qazi Rahib Əminov Vətən müharibəsi iştirakçısı olub.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar