Ru
09:19 / 28 May 2025

Paytaxtda ölümcül təhlükə - Əhaliyə xəbərdarlıq

Paytaxtda ölümcül təhlükə - Əhaliyə xəbərdarlıq
Eye

Havalar isindikcə avtomobillərə ilanların girməsi halları artır. Xüsusilə son hadisələr fonunda bu məsələ ciddi narahatlıq yaradıb. Belə ki, bir neçə gün əvvəl Bakının Xətai rayonunda ardıcıl olaraq avtomobillərin mühərrik hissəsinə ilan girdiyi barədə məlumatlar yayıldı. Bildirilir ki, bu, həm sürücülər, həm də sərnişinlər üçün təhlükə vəd edir.

İlanların avtomobilə girməsinin əsas səbəbləri nələrdir? Bunun qarşısını almaq üçün sürücülərə hansı tədbirlər tövsiyə olunur?


Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, belə hallar adətən, istismar dövrünü başa vuran avtomobillərdə müşahidə olunur:

“Təmir işləri düzgün aparılmır, mühərriklə salon arasında əlaqə doğru qurulmur. Yaxud istirahət zamanı maşının qapısı açıq qalır, nəticədə ilan və ya həşəratlar avtomobilin salonuna daxil olur. Bu fəsillərdə, isti havalarda son dərəcə diqqətli olmaq lazımdır. Salonun qapısı, pəncərəsi mümkün qədər qapalı saxlanılmalıdır”.


Ekspert hazırkı vəziyyətin ciddi problemə çevrildiyini bildirib:

“Son dövrlərdə Bakının mərkəzi küçələrində də ilanlara rast gəlinir. Bu o deməkdir ki, təhlükə hər an qarşımıza çıxa bilər. Xüsusən, dağlıq ərazilərdə avtomobildən düşərkən və ya salonda yatarkən qapı və pəncərə bağlı olmalıdır”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar