Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:32 / 16 Oktyabr 2024

Pensiyalar bu tarixlərdə ödənəcək - Rəsmi açıqlama

2625
Ölkə üzrə aylıq sosial ödənişlər, o cümlədən pensiyalar müvafiq ayın son günü ödənilməli olduğu halda müəyyən edilmiş qrafikə əsasən daha tez müddətlərdə ödənilir.

Bakupost.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdili bildirib.

DSMF rəsmisi qeyd edib ki, əvvəlki aylarda olduğu kimi, cari və növbəti ayların pensiyaları da ay yekunlaşmadan bank kartlarına köçürüləcək:

"Hazırda müəyyən edilmiş qrafikə görə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödənilir. Sosial ödənişlərin bank kartlarına köçürüləcəyi konkret tarixlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir. Bildirmək istərdik ki, təcrübədə cari ayın pensiya ödənişlərinin növbəti aya keçməsinə, yəni hər hansı gecikmə halına rast gəlinməyib".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar