İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın öldürülən iki azərbaycanlının - Ziyəddin və Hüseyn Səfərovun nəşləri “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nə təhvil verilib.
Bakupost.az "Report-a istinadla xəbər verir ki, xəbər verir ki, hazırda mərhumların nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir.
İyunun 30-da Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi Vətənə gətirilərək yaxınlarına təhvil verilib. Meyitlər ekspertizadan keçirildikdən sonra Ağcabədidə dəfn ediləcək.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.