Ru
20:52 / 30 İyun 2025

Yekaterinburq olayı: Dəhşətli rejimlə üz-üzəyik - Seyfəddin Hüseynli

Yekaterinburq olayı: Dəhşətli rejimlə üz-üzəyik - Seyfəddin Hüseynli
Eye

Tək ailəmiz üçün yox, bütün Azərbaycan xalqı üçün ağrılı günlər yaşanır. Rusiya rejimi tərəfindən işgəncələr nəticəsində insanlar həyatlarını itiriblər.

Bakupost.az xəbər verir ki, bu sözləri Yekaterinburqda qətlə yetirilən iki azərbaycanlının qardaşları Seyfəddin Hüseynli jurnalistlərlə söhbətində bildirib.

"Rusiya tərəfi bu vəhşiliyi etiraf etmək istəmir. Dövlətimizin çevik və qətiyyəti sayəsində böyük bir faciənin qarşısı alındı. Biz dəhşətli rejimlə üz-üzə dayanmışıq. Mən dövlət başçımız başda olmaqla, dövlət stukturlarımıza, diplomatik korpus və diasporumuza minnətdarlığımı çatdırmaq istəyirəm", - S.Hüseynli deyib.

O, əlavə edib ki, bu gün Azərbaycanda hüquq-mühafizə orqanlarının "Sputnik Azərbaycan"ın binasında keçirdikləri əməliyyat da onun üçün təsəlli olub:

"Dövlətimiz qətiyyətli mövqe ortaya qoydu. Rusiyanın KİV adı altında fəaliyyət göstərən casus şəbəkəsi ifşa olundu".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar