Ru
23:49 / 30 İyun 2025

Səkkiz partiya seçkidə iştirakdan imtina etdi

Səkkiz partiya seçkidə iştirakdan imtina etdi
Eye

Gürcüstanın səkkiz müxalifət partiyası birgə bəyanat yayaraq 2025-ci ilin oktyabrında yerli özünüidarə orqanlarına keçiriləcək seçkilərdə iştirak etməyəcəklərini bildiriblər.

Bakupost.az xəbər verir ki, bu barədə TV Pirveli məlumat yayıb.

“Biz qondarma yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirakdan imtina edirik, çünki hesab edirik ki, hazırkı reallıqda bu prosesdə iştirak vətəndaşlarımızın maraqlarına xidmət etməyəcək”, - bəyanatda deyilir.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin təsis etdiyi müxalifət partiyası – “Vahid Milli Hərəkat”, həmçinin “Federalistlər”, “Azadlıq Meydanı”, “Avropa Gürcüstan”ı, “Strategiya Aqmaşenebeli”, “Droa”, “Axali” və “Girçi” - Daha çox azadlıq” siyasi birlikləri seçkilərdə iştirakdan imtina edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar