Ru
21:09 / 30 İyun 2025

Səfərov qardaşlarının nəşi ailəsinə təhvil verildi - Yeniləndi

Səfərov qardaşlarının nəşi ailəsinə təhvil verildi - Yeniləndi
Eye

20:44

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Yekaterinburq şəhərində amansızcasına qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi Azərbaycana gətirilib.


Bakupost.az xəbər verir ki, təyyarə bu gün saat 20:30 radələrində Bakıya enib. Qətlə yetirilənlərin ailələri nəşi təhvil almaq üçün hava limanına gəlib.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında OMON-çular Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı azərbaycanlı Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist, ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Əlavə edək ki, məhkəmənin qərarı ilə Məzahir, Akif və Ayaz Səfərovlar barəsində 22 sutkalıq həbs qətimkan tədbiri, digər saxlanılanlar Şahid Lalayev və Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.

***
Yekaterinburqda amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların cənazələri yaxınlarına təhvil verildi.

"Ural Hava Yolları” ilə gətirilən cənazələr əvvəlcə məhkəmə tibbi ekspertizasına göndəriləcək.

Bundan sonra oradan da məscidə aparılacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar