Ru
00:14 / 01 İyul 2025

Rusiyada daha bir zorakılıq: Bu dəfə qadını döydülər - Video

Rusiyada daha bir zorakılıq: Bu dəfə qadını döydülər - Video
Eye

Bu gün Rusiyada azərbaycanlılara qarşı daha bir zorakılıq aksiyası törədilib.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı AzTV yayıb.

Rusiyanın Sverdlovsk vilayətində "Krik" telekanalının əməkdaşı Aleksey Kuznetsov "Narşərab" restoranında çalışan Telli adllı xanıma hücum edib. İnsident nəticəsində zərərçəkən şəxs müxtəlif bədən xəsarətləri alıb.

Bildirilir ki, restoranın hələ açılmadığı səhər saatlarında dörd nəfər şəxs iaşə müəssisəsinə yaxınalaşaraq, çəkiliş aparmaq adı ilə içəri daxil olmağa çalışıb. Obyektin əməkdaşı Telli xanım onlara restoranın saaat 12-də açılacağını deyib. Həmin vaxt "qonaqlar" ona qarşı asqressiya nümayiş etdiriblər. Gözlənilmədən Telli xanıma yaxınlaşan Aleksey Kuznetsov küçədəcə onu yerə yıxaraq, sürüməyə çalışıb.

Hadisə Rusiya Milli Qvardiyasının əməkdaşlarının gözü qarşısında baş verib. İnsident videomüşahidə kameraları tərəfindən qeydə alınıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar