Rusiya Ukrayna xalqına qarşı hücumlarını gücləndirir.
Bakupost.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi məlumat verib.
“Ötən gecə Rusiya 500-dən çox pilotsuz təyyarə və raketlə Ukraynaya 2022-ci ildən bəri ən böyük hava hücumunu həyata keçirib. Putin bu dəhşəti dayandırmalı və sülhə ciddi yanaşmalıdır”, - Britaniya XİN rəhbəri vurğulayıb.