Ru
19:45 / 12 İyun 2025

Pezeşkian bəyan etdi: Uranın zənginləşdirilməsini dayandırmayacağıq

Pezeşkian bəyan etdi: Uranın zənginləşdirilməsini dayandırmayacağıq
Eye

İran uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək.

Bakupost.az “Mehr” agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

“Biz yolumuza davam edəcəyik. Zənginləşmə davam edəcək və bundan geri çəkilməyəcəyik. Onlar müəssisələrimizi bombalasalar da, biliklər bizim yaddaşımızdadır. Nəyi dağıtsalar, biz onu yenidən quracağıq”, - o deyib.

Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurasının İranın nüvə sahəsində fəaliyyətini tənqid edən qətnaməsini “fəlakət” adlandırıb.

İranın Atom Enerjisi Təşkilatının (AEOI) nümayəndəsi Bəhruz Kamalvəndi isə bəyan edib ki, Tehran uranın zənginləşdirilməsi üzrə üçüncü qurğunu işə salır, avadanlıqları modernləşdirir, altıncı nəsil zənginləşdirmə sentrifuqalarına keçir.

AEOI rəhbəri Məhəmməd Eslami də cümə axşamı bildirib ki, üçüncü obyekt artıq tikilib. “Sentrifuqalar quraşdırıldıqdan və sazlandıqdan sonra zənginləşdirmə prosesi başlayacaq”, - o əlavə edib.

Qeyd edək ki, BAEA-nın Rəhbərlər Şurası bu gün İranın nüvə öhdəliklərinə tam əməl etmədiyini göstərən qətnaməni təsdiqləyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar