Ru
15:44 / 13 İyun 2025

Xalq artisti Bilgəh Kardioloji Sanatoriyasını "yıxıb sürüdü" - Acıq edib çıxdım...

Xalq artisti Bilgəh Kardioloji Sanatoriyasını "yıxıb sürüdü" - Acıq edib çıxdım...
Eye

Xalq artisti Tariyel Qasımova Bilgəh Kardioloji Sanatoriyasında hörmətsizlik olunub.

Bakupost.az xəbər verir ki ki, bu barədə Qaynarinfo-ya aktyorun özü danışıb.

Onun sözlərinə görə, buna səbəb akyora "göndəriş"də göstərilən tək otağın verilməməsi olub:

"Bir həftə qaldım, çox pis şəraiti var, insanlara pis qulluq edirlər. Bu səbəbdən də acıq edib gedirəm. Acığın da dövlətə ziyanı var. Həmin sanatoriyada hər il oluram. Mənə gözəl qulluq ediblər, sənətkara, aktyora xüsusi diqqət olub. İndi oraya təzə rəhbərlik gəlib, davranışını, özünü idarə edə bilmir. "Göndərişim" var, orada hər şey qeyd edilib. Mən də həmin sənədə əsasən dedim ki, otaqda tək qalmaq istəyirəm. Mən həmişə tək qalmışam, adamla qala bilmirəm. Bu da normal bir şeydir. Direktor isə mənim otağıma ikinci bir adam göndərdi. Dedim ki, axı mənim sənədimdə tək adamlıq otaq yazılıb. Nə mənə baxdılar, nə də əlimdəki sənədə. Odur ki, acıq edib çıxdım".

Tariyel Qasımov bildirib ki, sanatoriyadan yarımçıq gəlsə də, direktor qəti onunla maraqlanmayıb:

"Belə şey olar, ildə bir dəfə "göndəriş" alırdım. O da batdı".

Qeyd edək ki, Bilgəh Kardioloji Sanatoriyasının direktoru kardioloq Afiyəddin İsgəndərovdur.

Şərhlər
  • Qəhrəmanov Fikrət

    Sizin kimilər hər il göndəriş aldığı üçün biz illərlə ala bilmirik. Hələ tək qalmaq istəyirsiz

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar