Metronun "Koroğlu" stansiyasında bəzi "BakıKart" aparatlarına qəpiklə ödəniş etmək olmur.
Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, ödəmə cihazlarının girişləri bağlanıb.
Bundan əlavə, cihazlardan birinin girişi daraldılıb, bu, qəpiklə ödənişin qarşısını almaq üçün edilib.
Maraqlıdır ki, pik saatda, sıxlığın müşahidə edildiyi bir vaxtda bu məsələyə niyə nəzarət edilmir?
Sərnişinlərin sözlərinə görə, digər stansiyalarda da belə halla rastlaşmaq mümkündür.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanlanıb.
Görüntüləri təqdim edirik: