Ru
14:03 / 29 May 2025

Paytaxtda 1 iyun izdihamı: Uşaqları necə qoruyaq? - XƏBƏRDARLIQ

Paytaxtda 1 iyun izdihamı: Uşaqları necə qoruyaq? - XƏBƏRDARLIQ
Eye

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Həmin günlə bağlı bir çox əyləncə mərkəzlərində endirimlər olacaq. Artıq sosial şəbəkələrdə endirimlər barədə reklam paylaşımları edilir. Valideynlər də uşaqlarını əyləndirmək üçün həmin mərkəzlərə üz tuturlar.

Bəs, uşaqların çox olduğu yerlərdə, əyləncə mərkəzlərində onların təhlükəsizliyini qorumaq üçün hansı tədbirlər görülməlidir? Baş verəcək bədbəxt hadisələrin qarşısını necə almaq olar?


Mövzu ilə bağlı Bakupost.az -a təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev açıqlama verib.

Ekspertin sözlərinə görə, uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş istirahət və əyləncə mərkəzlərindəki attraksionlardan istifadə edərkən valideynlərin üzərinə böyük məsuliyyət düşür:

"Valideynlərə uşaqların yaşına görə nəzərdə tutulmuş attraksionlardan istifadə etmələri tövsiyə olunur. Bəzən valideynlər attraksionların təhlükəsizlik qaydalarına məhəl qoymur. Əlbəttə ki, bu, yolverilməzdir. Mütləq attraksion seçərkən uşaqların yaşı və qaydaları nəzərə alınmalıdır".

E.Nurəliyev valideynlərin mütləq təhlükəsizlik kəməri və digər qaydalara nəzarət etməli olduqlarını vurğulayıb:

"Uşaqları nəzarətsiz buraxmamalıdırlar. Ani bir nəzarətsizlik, gözdən yayınma, baş verəcək hadisələri ciddiyə almamaq bədbəxt hadisələrə gətirib çıxaracaq".

Aygün Nəbiyeva
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar