Ru
17:45 / 29 Oktyabr 2026

Erməni rəqqas Bakıya gəlir: Doğulduğum şəhərə gedirəm

Erməni rəqqas Bakıya gəlir: Doğulduğum şəhərə gedirəm
Eye

İdman rəqsləri üzrə ikiqat dünya və üçqat Avropa çempionu Arsen Ağamalyan oktyabrın 30-da Bakıda keçiriləcək “Azerbaijan Dance Festival 2026” tədbirində çıxış edəcək.

"Bakupost" xəbər verir ki, bu barədə Ağamalyan özünün Feysbuk səhifəsində yazıb.

“Bakıya uçuram. Oktyabrın 30-da Oksana ilə birlikdə orada iki rəqs nömrəsini - “Karmen” və “İblis”i ifa edəcəyik”, - o bildirib.

Ağamalyan Bakıda anadan olduğunu, valideynlərinin də məhz burada tanış olduqlarını yazıb.

Rəqqasın sözlərinə görə, Bakı səfəri onun üçün xüsusi emosional əhəmiyyət daşıyır:

“37 ildir görmədiyim qardaşım və bacımla, indiyədək heç vaxt görmədiyim qardaş-bacı uşaqlarımla, uşaqlıqda həyətdə birlikdə qaçıb oynadığım insanlarla görüşəcəyəm.

Mən anamla atamın sevgisinin şəhərinə gedirəm. Onların daim gənc qaldığı, hər şeyin yeni başladığı şəhərə gedirəm. Mən doğulduğum şəhərə gedirəm”.

Qeyd edək ki, Arsen Ağamalyanın atası Qarabağdan olan erməni əsilli futbolçu, anası isə Bakıda doğulmuş rus əsilli idman gimnastı olub.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar