“Google”un ana şirkəti “Alphabet”in gəliri 2026-cı ilin üçüncü rübündə illik müqayisədə 25% artaraq 127,6 milyard dollara çatıb. Xalis mənfəəti isə 25% azalaraq 26,2 milyard dollara düşüb.
“Bakupost” xəbər verir ki, ötən ilin eyni dövründə şirkətin gəliri 102,3 milyard dollar, xalis mənfəəti isə 34,98 milyard dollar olub.
Şirkətin baş direktoru Sundar Piçai bildirib ki, süni intellektə yatırımlar “Google” axtarışlarından istifadənin artmasına dəstək verir. “Google Cloud” xidmətinin gəliri isə süni intellektə yüksək tələbat fonunda 103% artaraq 30,7 milyard dollara yüksəlib.
Piçainin sözlərinə görə, “Gemini” tətbiqinin istifadəçi sayı 1 milyarda çatıb. “YouTube Music” və “YouTube Premium” xidmətlərinin abunəçilərinin sayı isə 150 milyonu ötüb.
Vüsalə Hüseynova,
BakuPost