Ru
16:29 / 29 Oktyabr 2026

İran qaranlığa qərq olacaq: Kütləvi bombardman gözlənilir

İran qaranlığa qərq olacaq: Kütləvi bombardman gözlənilir
Eye

ABŞ ilə İsrail İrana qarşı yeni hərbi əməliyyat planı hazırlayıb və bu, diplomatik danışıqlar pozulacağı təqdirdə, noyabrda keçiriləcək aralıq seçkilərdən dərhal sonra başlayacaq.

"Bakupost" xəbər verir ki, bu barədə "Axios" portalı Amerika və İsrail rəsmilərinə istinadən yazıb.

Məlumata görə, bazar ertəsi İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general Eyal Zamir mümkün zərbələrdən əvvəl hərəkətləri koordinasiya etmək üçün ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperlə danışıqlar aparıb.

"Son anda razılaşma əldə olunmasa, kütləvi bombardmanlarla hücum əməliyyatının aralıq seçkilərdən qısa müddət sonra bərpa edilməsi ehtimal olunur. Müttəfiqlər İranın nüvə obyektləri, energetikası və ali rəhbərliyinə qarşı bir həftəlik kütləvi zərbələr kampaniyası hazırlayırlar", - mənbələr iddia ediblər.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərdən sonra İrana yeni zərbələrin endirilməsini istisna etməyərək mövcud vəziyyətdə hər şeyin mümkün olduğunu bildirib.

Politoloq Natiq Miri “Bakupost”a bildirib ki, İran danışıqları Hörmüz boğazı çərçivəsilə məhdudlaşdırmaq istəyir:

“Yəni boğazın açıqlaması müqabilində ABŞ-nin tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılmasını istəyir. Vaşinqton nüvə məsələsini önə çəkib. Tehran isə nüvə məsələsini ümumiyyətlə müzakirə etmək istəmir ki, bu da yeni bir münaqişənin başlanması üçün ciddi səbəbdir.

Bu baxımdan müsahibimiz hesab edir ki, Konqresə aralıq seçkilərindən sonra İrana qarşı birgə əməliyyatın başlaması çox realdır:
“Aralıq seçkilərinin nəticələrindən asılı olmayaraq, Trampın bu əməliyyatı hər hansı bir təzyiq olmadan həyata keçirməsi üçün azı iki ay vaxtı olacaq. Tramp onu da deyib ki, bu əməliyyatlar uzunmüddətli olmayacaq. Çünki zərbələrin hədəfi müəyyənləşdirilib. Yenidən İran rejimin rəhbərliyi və onların fəaliyyət göstərdiyi infrastrukturlar, habelə enerji infrastrukturu hədəfə alınacaq. Yəni İranı qaranlıqda və yanacaqsız qoymaq istəyirlər. Bu fonda da İranın bərpa olunması üçün uzun müddət və böyük maliyyə tələb olunacaq”.

Ekspertin sözlərinə görə, buna baxmayaraq, Tehran nüvə məsələsini müzakirə etmək istəmir:

“Bunu hətta Pezeşkian səviyyəsində açıq bəyan ediblər”.

Həmsöhbətimiz düşünür ki, İran olması gözlənilən yeni hücumların qarşısını almaq gücündə deyil:

“Çünki havadan və raketdən müdafiə sistemləri o qədər də mükəmməl deyil. Yeni hava hücumları intensiv olarsa, İranın qış öncəsi bütün enerji sistemi məhv ola bilər. Nəticədə ölkədə ciddi sosial problemlər yaşanacaq. İran rejimi bu cür bədəli ödəməyə hazır olmalıdır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar