Ru
14:42 / 29 May 2025

Vatikan TƏSDİQLƏDİ - Katolik kilsəsində 115 nəfər ZORLANIB

Vatikan TƏSDİQLƏDİ - Katolik kilsəsində 115 nəfər ZORLANIB
Eye

İtaliyada Katolik Kilsəsinin ali qurumu olan İtaliya Piskoposlar Konfransı (CEI) 2023-2024-cü illər üzrə üçüncü hesabatını açıqlayıb. Hesabata görə, kilsədə cinsi istismar və hücuma məruz qalanların sayı 115 nəfər olub.

Bakupost.az Redaktor.az-a istinadla xəbər verir ki, CEI-nin verdiyi məlumata görə, bu şəxslərdən 64-ü kişi, 51-i isə qadındır. Cinsi istismarda adı hallanan 67 nəfərdən 65-i kişidir, onların 44-ü isə kilsədə rəsmi vəzifə tutan din adamlarıdır.

Hesabatda ən çox zərərçəkmişlərin 10-14 yaş arası uşaqlar olduğu və bu yaş qrupunun ümumi zərərçəkənlərin 31,3 faizini təşkil etdiyi qeyd olunub.

İtaliya mətbuatı isə istismar hallarının artmaqda olduğuna diqqət çəkib və bu məsələnin kilsədəki etimad böhranını daha da dərinləşdirdiyini vurğulayıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar