31.05.2025-ci il tarixində saat 06:50 radələrində 1987-ci il təvəllüdlü şəxs (qadın cinsli) boğazın kəsilmiş yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bildirilib ki, pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi Cərrahiyyə şöbəsində aparılır.
***
Mayın 31-də səhər saatlarında Goranboyun Nizami kəndində ailə münaqişəsi zəmnində qanlı hadisə baş verib.
Bakupost.az xəbər verir ki, 32 yaşlı Samir Nəcəfov yaşadığı evdə 38 yaşlı bacısına bıçaqla xəsarət yetirib.
O, xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.
Cinayəti törətməkdə şübhəli olan S.Nəcəfovu polis saxlayıb, istintaq gedir.
Azər
Baku Post