Zaqatalada avtomobillə toqquşan motosikletin sürücüsü ölüb.
Bakupost.az xəbər verir ki, rayonun Üçüncü Tala kəndi “VAZ-2106” və motosiklet toqquşub.
Qəza zamanı motosikletin sürücüsü, 27 yaşlı Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.