Ru
14:04 / 31 May 2025

Sabahdan "WhatsApp" bu telefonlarda işləməyəcək - XƏBƏRDARLIQ

Sabahdan "WhatsApp" bu telefonlarda işləməyəcək -  XƏBƏRDARLIQ
Eye

İyunun 1-dən etibarən "WhatsApp" bir sıra smartfonların köhnə modellərini dəstəkləməyi dayandırır.

Bakupost.az xəbər verir, iOS 15.1 və Android 5.1, yaxud ondan daha köhnə versiyalarla işləyən cihazlarda istifadəçilər artıq "WhatsApp" istifadə edə bilməyəcəklər.

Qərar "iPhone 5s", "iPhone 6" və "iPhone 6 Plus" modellərini, həmçinin yüzlərlə "Android" telefonunu əhatə edir.

Bununla belə, "iPhone 6s", "6s Plus" və SE (1-ci nəsil) istifadəçiləri əgər cihazlarını "iOS 15.8.4"ə yeniləyiblərsə, mesencerdən istifadəni davam etdirə biləcəklər.

Şirkət istifadəçilərə, imkan daxilində, əməliyyat sistemlərini yeniləməyi, mümkün olmadığı təqdirdə isə daha müasir cihazlara keçməyi tövsiyə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar