Ru
15:18 / 31 May 2025

Goranboyda minaya düşən kəlbəcərli çobanın ayağı amputasiya olundu

Goranboyda minaya düşən kəlbəcərli çobanın ayağı amputasiya olundu
Eye

14:34
Goranboyda mina hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, Kəlbəcər rayon sakini 1980-ci il təvəllüdlü Abbasov Qalib Kamran oğlu Qaraçinar kəndinin yaxınlğında, Baranbat meşəsi ərazisində minaya düşüb.

İlkin məlumata görə, adıçəkilən şəxs ərazidə çobanlıq edirmiş.

Faktla bağlı araşdırma başlanılıb.
***
Goranboy rayonunun Yenikənd kəndi ərazisində 2025-ci il 31 may tarixində mina hadisəsi baş verib. Goranboy rayon Qaraçinar kənd sakini 1980-ci il təvəllüdlü Abbasov Qalib Kamran oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş Goranboy rayonu Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət alıb.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Bildirilib ki, xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar