Ru
14:22 / 31 May 2025

İsrail İrana hücum planını müzakirə etdi

İsrail İrana hücum planını müzakirə etdi
Eye

İsrailin bir neçə nazirliyi son günlər Təl-Əvivin İrana mümkün hərbi hücumu və Tehranın verə biləcəyi cavabla bağlı gizli iclas keçirib.

Bakupost.az xəbər verir ki, bu barədə ölkənin "Maariv" qəzeti yazıb.

Məlumata görə, görüş zamanı əsas fərziyyələrdən biri İsrailin hər hansı rəsmi xəbərdarlıq etmədən gözlənilməz şəkildə hücum həyata keçirə biləcəyi ehtimalı olub.

Qeyd olunur ki, İsrailin belə bir hücum həyata keçirməsi halında, cavab olaraq müddəti bəlli olmayan müharibə dövrü başlaya bilər. Həmin dövrdə İsrail ərazisinə ümumi çəkisi təxminən 700 kiloqram olan minlərlə ağır raketin atılacağı proqnozlaşdırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar