Ru
12:28 / 09 Mart 2023

Pis havalarda internet niyə zəifləyir?

4107
İnternet ötən əsrin ən mühüm kəşflərindən biridir. O, smartfon, kompüter və naviqasiya sistemlərimizə havadan məlumat almağa kömək edir.

Bununla belə, internet texnologiyası mükəmməl deyil. Simsiz siqnallar hər cür müdaxiləyə- bərk obyektlər, ekstremal hava şəraitinə məruz qalır.

Bakupost.az pis hava şəraitində internetin zəifləmə səbəbini təqdim edir.

İnternet siqnalları kosmosda orbitə çıxan peyklər tərəfindən təmin edilir. Simsiz siqnallar antenalar kimi qəbuledicilər arasında ultrasəs dalğalarından ibarət əlaqələr yaradır. Mümkün olan ən yaxşı nəticə üçün iki tərəf arasında qüsursuz bir əlaqə olmalıdır.

Ancaq real dünya şərtləri nadir hallarda idealdır. Siqnallar havada, ağaclarda və hətta evimizdəki divarlarda olan toz hissəcikləri səbəbindən cihazımıza gedən yolda zəifləyir. Elektromaqnit dalğaları bu obyektlərə nüfuz etməkdə çətinlik çəkir.

Pis hava şəraitində qəbuledici və ötürücü arasında siqnal problemi yaranır. Siqnal verən peyklər kosmosda hərəkət edərkən təbii olaraq səma hadisələri və hava şəraitindən təsirlənir.

Siqnal modemə tam çatmayanda peyklər dəfələrlə siqnal göndərirlər. Başqa sözlə, veb saytın çox yavaş yüklənməsinin səbəbi ötürücüdən təkrar-təkrar gələn “çaşqın” siqnallardır.


Aynur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər