Ru
17:28 / 12 May 2025

PKK ləgv edildi - Öcalan həbsdən BURAXILACAQ?

PKK ləgv edildi - Öcalan həbsdən BURAXILACAQ?
Eye

PKK terror təşkilatı ləğv edildiyini elan edib. Bununla bağlı qərar Terror təşkilatının 5-7 may tarixlərində keçirilən qurultayında bildirilib.

Terror təşkilatının ləğvi Türkiyə üçün önəmli mərhələ hesab edilir. Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik də qərarı “terrorsuz Türkiyə” hədəfi baxımından əhəmiyyətli mərhələ adlandırıb. "Terrorizm tamamilə bitərsə, yeni dövrün qapısı açılacaq", - partiya rəsmisi vurğulayıb.

PKK-nın silahları tezliklə təhvil verəcəyi gözlənilir. Mətbuatda bundan sonrakı proseslər geniş müzakirə edilir. Abdullah Öcalanın həbsdən buraxılacağı da yayılan iddialar arasındadır.

Bakupost.az modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım bundan sonrakı prosesin asan olmadığını bildirib:

“Türkiyə 40 ildir terror qruplaşması ilə mübarizə aparır. Xeyli insan şəhid olub. Hazırkı mərhələdə PKK-nın silahı buraxması, 5-7 may tarixlərində keçirilən qurultayda belə bir qərarın alınması vacibdir. Bu insanların pozitiv baxdığı irəliləyişdir. Bundan sonrakı proses asan deyil. Prosesi pozmaq istəyənlər olacaq. Silahların yerə qoyulması ilə bağlı dövlətimizin müvafiq orqanlarının həyata keçirdiyi müəyyən işlər var. Qarşıdakı günlərdə detallar açıqlancaq. Bunlar bizim mövzumuz deyil. Bundan sonra millət vəkili olaraq üzərimizə düşən nə varsa, təbii ki, parlamentdə müzakirə ediləcək. Bizim üçün vacib olan budur. Türkiyənin hüzuru, rifahı, birlik və bərabərliyi üçün nə lazımdırsa, parlament də əlindən gələni edəcək. Bu vəsilə ilə cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və "Cümhur İttifaqı"nın ortağı cənab Dövlət Baxçalıya, eləcə də bu prosesə maraq göstərən DEM Partiyaya təşəkkür edirik. Xüsusilə də mərhum Sırrı Sürəyya Öndərə Allahdan rəhmət diləyirik. İnşallah hər şey daha yaxşı olacaq. Bölgənin parlayan ulduzları-Azərbaycan və Türkiyə qardaş kimi yeni dönəmdə daha yeni uğurlara imza atacaq”.

"Öcalan sərbəst buraxılacaq?",- sualını cavablandıran Şamil Ayrım vurğulayıb ki, belə bir məsələ müzakirə edilmir:

“Sosial mediada hər şey danışılır, yazılır. Öcalan son dərəcə ağıllı, məntiqli qərar verdi. Onsuz da Türkiyədə terror bitib. Öclanın da ağıllı çağırışı oldu və PKK-nın silahı buraxmasına qərar verildi. Bundan sonra onlar siyasi olaraq işlərini davam etdirəcəklər. Onsuz da belə davranmalıdırlar. Hazırda Öclanın həbsdən çıxması gündəmdə deyil. Önümüzdəki proseslərə baxacağıq. Bu, birinci mərhələdir. Bundan sonrakı prosesləri də mərhələ-mərhələ görəcəyik”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar