Ru
16:57 / 12 May 2025

Polad Həşimovun anası böyrəyini şəhid qızına vermək istəyib - VİDEO

Polad Həşimovun anası böyrəyini şəhid qızına vermək istəyib -  VİDEO
Eye

13 yaşlı Səlbi Cəfərli... Ölüm xəbəri ilə bütün ölkəni məyus etdi. Atası Zaur Cəfərov vətən uğrunda döyüşlərə qatılmış, düşmənin döyüş meydanında qoyub qaçdığı texnikanı hərbi qənimət kimi ələ keçirib tankın üzərinə şəhid olan döyüş yoldaşının adını həkk etdiribmişdi.

Körpə balasının böyrək çatışmazlığından əziyyət çəkməsi belə polkovnik-leytenant Zaur Cəfərovu Vətənin harayına qaçmaqdan saxlaya bilməmişdi. Bizlərə əmanət etdiyi balaca Səlbimiz dünən atasına qovuşdu. Bir müddət öncə şəhidlərin xatirəsinə həsr olunan tədbirdəki çıxışı hər kəsi kövrəltmişdi. Atasından danışarkən bütün şəhid anaları başına toplanmışdı. Şəhid generalımız Polad Həşimovun anası isə onu qucaqlayıb bildirmişdi ki, övladını vətən yolunda şəhid verib, bütün şəhid balaları onun da balasıdır. Buna görə də öz böyrəyini balaca Səlbiyə vermək istəyir.


Fatma,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar