Ru
13:43 / 09 İyun 2025

Polis Los-Ancelesdə etirazlar zamanı jurnalistə atəş açdı - VİDEO

Polis Los-Ancelesdə etirazlar zamanı jurnalistə atəş açdı - VİDEO
Eye

ABŞ polisi Los-Ancelesdə keçirilən etiraz aksiyaları zamanı Avstraliyanın 9news telekanalının müxbiri Loren Tomasiyə atəş açıb. Hadisə zamanı o, aksiyadan canlı yayım aparırmış. Ona atəş açılması anı kanalın efirində canlı yayılıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra yayım dayandırılıb.

Bildirilir ki, yaralanan qadın və onunla birgə olan operator təhlükəsiz yerə aparılıb. Avstraliyalı senator Sarah Hanson-Yanq baş nazir Entoni Albanezini çağırı edərək, Tomasinin yaralanması məsələsini ABŞ prezidenti Donald Tramp qarşısında qaldırmağa səsləyib.

“Onun prezidentə deməli olduğu ilk şey bizim jurnalistlərimizə atəş açmağı dayandırmaqdır”, - deyə senator bildirib.

Sky News-un məlumatına görə, rezin güllədən britaniyalı fotoqraf Nik Stern də xəsarət alıb. O, bud nahiyəsindən yaralanaraq xəstəxanaya yerləşdirilib.

var iframeEl = document.querySelector('iframe[src="https://embed.rg.ru/video/2025/06/09/v-zhurnalistku-avstralijskogo-kanala-vystrelili-rezinovoj-pulej-vo-vremia-protestov-v-los-andzhelese.html"]');
if(iframeEl) {
iframeEl.onload = function() {
iframeEl.contentWindow.postMessage(window.location.href, "https://embed.rg.ru");
}
}

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar