Ru
12:42 / 16 İyun 2022

Prezident ərzaq böhranının qapıda olduğunu dedi: tək çıxış yolu var - ŞƏRH

Prezident ərzaq böhranının qapıda olduğunu dedi: tək çıxış yolu var - ŞƏRH
Eye

“Bu gün öz işinə başlamış IX Qlobal Bakı Forumunda dünyanı narahat edən 1 nömrəli vacib məsələlər, həmçinin gözlənilən ərzaq böhranı müzakirə olunur”.


Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Azər Badamov deyib.


Millət vəkili Prezident İlham Əliyevin forumda ərzaq böhranı ilə bağlı çıxışına diqqət çəkib:




“Prezident İlham Əliyev bu gün dünyanın maraq dairəsində olan ərzaq böhranı məsələsinin həll edilməsi üçün beynəlxalq səylərin birləşdirilməsinin vacib olduğunu qeyd edib. Belə ki, cənab Prezident öz çıxışında qeyd edib: “Gündəlikdəki məsələlərdən biri ərzaq böhranı ilə mübarizədə aparıcı beynəlxalq institutların rolunun nədən ibarət olmasıdır. Çünki böhran qaçılmazdır və artıq yaxındadır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar”.


Təbii ki, bu gün dünya bazarlarında ərzaq qıtlığının meydana gəlməsi bir çox ölkələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsində ciddi problemlər yaradıb. Artıq qlobal ərzaq böhranı yaxınlaşmaqdadır. Qlobal bazarlarda malların qiymətlərinin artması və bəzi ölkələr üçün əlçatanlığın olmaması ciddi təhlükə mənbəyinə çevrilib. Nəticədə isə miqrant məsələsi qlobal şəkildə narahatedici humanitar problemə çevriləcəkdir. Bunun baş verməməsi üçün qlobal sülhün təmin olunması istiqamətində beynəlxalq səylər birləşdirilməlidir. Dünya iqtisadiyyatında iqlim dəyişiklikləri və qlobal pandemiyanın buraxdığı çatlar dərin iz buraxdığı zamanda Rusiya-Ukrayna müharibəsi bu çatları daha da dərinləşdirir. Bu gün dünya iqtisadiyyatının qarşılaşdığı dərin problemlərin azaldılmasının əsas çağırışı müharibələrin dayandırılması və problemlərin dialoq yolu ilə həlli olmasıdır. Bu baxımdan IX Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin qlobal nizama təhdidlərin aradan qaldırılmasına bir töhfə olacağını hesab edirəm”.


Fəridə
Baku Post



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar