Ru
23:49 / 13 Yanvar 2022

“Prezident hotel”də lift qəzası: iki nəfər öldü - VİDEO

“Prezident hotel”də lift qəzası: iki nəfər öldü - VİDEO
Eye

Moskvadakı “Prezident hotel”də lift qırılaraq yerə düşüb. Qəza nəticəsində iki nəfər ölüb.

Bakupost.az -ın xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

İlkin məlumata görə, liftdə ölən iki nəfərdən başqa adam olmayıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, lift xidməti personal üçün nəzərdə tutulub və ölənlər hotelin əməkdaşlarıdır. Onlardan biri liftin içərisində, digəri isə üstündə olub. Qəza anında işçilər liftin dəyişdirilməsini həyata keçiriblər.

Rusiyanın Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qəzaya təmir işlərinin yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub.

İnsidentlə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar