Ru
23:52 / 18 Avqust 2026

İranda koordinatları ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı

İranda koordinatları ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
Eye

İran hüquq-mühafizə orqanları ölkənin strateji obyektləri haqqında məlumatları toplayaraq dövlətə müxalif qruplara ötürməkdə şübhəli bilinən şəxsin saxlanıldığını bəyan ediblər.

"Bakupost" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Polisin məlumatına görə, şübhəli şəxs rəqəmsal vasitələrin köməyilə vacib obyektlərin fotoşəkillərini, məlumatlarını və koordinatlarını toplayaraq onları rəqiblərə ötürməyi planlaşdırıb.

Sübutlar toplandıqdan sonra həmin şəxs saxlanılıb.

İran tərəfinin bildirdiyinə görə, o, dindirilmə zamanı təqdim olunan ittihamları və müxalif qruplarla əlaqələrini etiraf edib.

İş milli təhlükəsizlik əleyhinə yönəlmiş əməllərlə bağlı ittihamlarla məhkəmə orqanlarına təqdim olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar