Ru
12:56 / 16 Mart 2024

Professor müdafiə zamanı vəfat etdi

Professor müdafiə zamanı vəfat etdi
Eye

Professor Bəhram Əliyev qəfil dünyasını dəyişib.

Bakupost.az xəbər verir ki, bu barədə sabiq təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov məlumat yayıb.

O bildirib ki, hadisə martın 15-də adıçəkilən İnstitutda müdafiə zamanı baş verib.

Qeyd edək ki, mərhum professor 1952-ci ildə Gürcüstanın Qardabani rayonunda anadan olub. 2016-cı ildən indiyədək ADPU-nun Riyazi analiz kafedrasının müdiri vəzifəsində çalışırdı. Bəhram Əliyev 2018-ci ilin oktyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyazi analiz” kafedrasının professoru olub. Eyni zamanda 2006-cı ildən indiyədək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda əvəzçiliklə baş elmi işçi vəzifəsində çalışırdı.


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar