Ru
16:11 / 13 Avqust 2024

Putin Mahmud Abbasla görüşdü - FOTO

Putin Mahmud Abbasla görüşdü -  FOTO
Eye

Rusiya prezidenti Vladimir Putin Fələstin dövlət başçısı Mahmud Abbasla görüşüb.

Bakupost.az xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas Türkiyə səfəri öncəsi Rusiyaya gedib.

Kremldən görüşlə bağlı “Vladimir Putinlə Fələstin prezidenti Mahmud Abbas arasında danışıqlar Rusiya prezidentinin Novo-Oqaryovodakı iqamətgahında keçirilir”, deyə bildirilib.

Abbasın səfəri ilə bağlı Fələstin Prezidentinin Ofisindən isə qeyd olunub ki, “Prezident Mahmud Abbas bu gün Rusiya prezidenti Vladimir Putinlə görüşərək İsrailin Fələstin xalqına qarşı davam edən təcavüzünü dayandırmaq və müharibədən əziyyət çəkən bölgəyə humanitar yardımın dərhal çatdırılmasını asanlaşdırmaq yollarını müzakirə edib” ifadələri işlədilib.



Elnur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar