Rusiya ordusu Ukraynanın cəbhədəki mövqelərinə mümkün hücumu sadəcə, gözləyir. Çünki Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa sülh danışıqları zamanı hücuma başlamayacağına “söz verib”.
Bakupost.az xəbər verir ki, bu barədə politoloq Sergey Markov Telegram kanalında bildirib.
Bu barədə politoloq Sergey Markov Telegram kanalında bildirib.
"Güman edilir ki, Rusiya ordusu Ukraynada sadəcə gözləyir, çünki Putin Trampa sülh danışıqları zamanı hücuma başlamayacağına söz verib", - o vurğulayıb.
Markov qeyd edib ki, Ukraynada Rusiya ordusunun yay hücumuna hazır olduğuna inanırlar. Kiyev üç mümkün hücum istiqamətini nəzərdən keçirir: Sumı vilayəti, "DXR"-in cənub əraziləri və Zaporojye.
Amerikanın “The New York Times” qəzeti isə yazıb ki, Rusiya Silahlı Qüvvələrinin bölmələri yəqin ki, artıq Ukraynada yay hücumuna başlayıb.
Nəşr əlavə edib ki, Rusiya danışıqlarda mövqeyini möhkəmləndirmək məqsədilə hücum üçün daha əlverişli hesab edilən quraq hava mövsümündən istifadə edə bilər.
Zaur,BakuPost