Ru
12:25 / 23 İyun 2022

“Qalatasaray”ın yeni baş məşqçisi o oldu

“Qalatasaray”ın yeni baş məşqçisi o oldu
Eye

“Qalatasaray” yeni baş məşqçisini açıqlayıb.


Bakupost.az xəbər verir ki, Türkiyə klubu sabiq futbolçusu Okan Buruku bu posta təyin edib.


“Cim-bom” 48 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalayıb. Anlaşmaya əsasən, Buruk ilk mövsümündə 930 min avro maaş alacaq. Gələn ilin yayında onun daha bir il qalması qərara alınsa, həmin vaxt məvacibi 1 milyon avro təşkil edəcək.


O, bu postda istefaya göndərilən Domenek Torreni əvəzləyib.


Qeyd edək ki, Okan Buruk 1991-2001 və 2006-2008-ci illərdə “Qalatasaray”ın formasını geyinib. Çalışdırıcı 2013-cü ildə başlayan məşqçilik karyerasında isə “Elazığspor”, “Qaziantepspor”, “Sivasspor”, “Göztepe”, “Akhisar”, “Çaykur Rizespor” və “Başakşehir”ə rəhbərlik edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar