Ru
17:22 / 19 May 2025

Qalmaqallı sədrin oğlu da işini itirdi - Foto

Qalmaqallı sədrin oğlu da işini itirdi - Foto
Eye

Bir neçə gün əvvəl vəzifədən kənarlaşdırılan İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun oğlu da işdən çıxarılıb.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, S.Səmədovun oğlu Kamran Səmədov İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsini itirib. O, müvafiq əmrlə işdən azad edilib.

Qeyd edək ki, mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi qalmaqala səbəb olub və Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilərək o, vəzifədən uzaqlaşdırılıb.

Onun yerinə müvəqqəti təyin edilən Vahid Tağıyev isə 1 gün sonra işdən çıxmaq haqda ərizə yazıb. S.Səmədovun çoxsaylı əmlaklarının və biznes şəbəkəsinin olması barədə də məlumatlar yayılıb.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar