Ru
13:51 / 29 May 2024

Qalstanyanın nazirlə görüşmək tələbi rədd edildi

Qalstanyanın nazirlə görüşmək tələbi rədd edildi
Eye

“Vətən naminə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan tərəfdarları ilə birlikdə mayın 29-da Ermənistan Daxili İşlər Nazirliyinin binası qarşısına gəlib.

Bakupost.az erməni mediasına istinadən xəbər verir ki, etirazçılar nazir vahe Qazaryanın Qalstanyanı qəbul etməsini tələb ediblər. Lakin Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan hərəkatın liderinə yaxınlaşaraq, Qazaryanın hazırda görüşlər keçirdiyini və onu qəbul edə bilməyəcəyini bildirib.

Qeyd edək ki, bu gün Ermənistanda ciddi siyasi hadisələrin olacağı gözlənilir. Hazırda parlamentdə 2023-cü ilin dövlət büdcəsinin icrası haqda hesabat müzakirə edilir. İclasda Paşinyan və nazirlər iştirak edirlər. Keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi müxalifət hərakatının parlamentə yürüş edəcəyi gözlənilir. Müxalifətin Paşinyan parlamentdə olduğu vaxt binanı mühasirəyə almağı planlaşdırdığı deyilir. “Hraparak” nəşri yazır ki, hakimiyyətin parlamentin mühasirəsinə qarşı bütün sərt addımları atacağını bəyan edib.

Vasif Əlihüseyn
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar