Ru
15:23 / 19 Aprel 2022

FHN-dən "Qanun"da tapılan qumbara ilə bağlı açıqlama - YENİLƏNİB - FOTO

88240

Fövqəladə Hallar Nazirliyi (FHN) “Qanun Nəşrlər Evi”nin yaxınlığında sursat tapılması ilə bağlı məlumat yayıb.


FHN-dən Bakupost.az -a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 76 ünvanında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.



Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın bir ədəd təlim xarakterli, döyüşə yararsız F-1 əl qumbarası olduğu müəyyən edilib.


Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.


Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.



***

11:21



Tbilisi 76 prospektində, “Qanun” nəşriyyatın binası yanında qumbara tapılıb.



Bakupost.az xəbər verir ki, bu barədə nəşriyyatın direktoru, naşir Şahbaz Xuduoğlu məlumat paylaşıb.


Bildirib ki, binanın ətrafını təmizləyən fəhlə xoşbəxtlikdən beli qumbaraya toxundurmayıb:


“Şəkildən göründüyü kimi, qumbara istifadə olunmayıb, necə deyərlər "sağlamdır". Fövqəladə Hallar Nazirliyinə xəbər verdik, çox sağ olsunlar, dərhal gəldilər”.


Hadisə yerində olan FHN əməkdaşları Bakupost.az -a bildirib ki, birazdan ətraflı məlumat veriləcək.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər