Ru
17:31 / 06 May 2025

"Qanun"dan maraqlı sürpriz - FOTO

"Qanun"dan maraqlı sürpriz - FOTO
Eye

"Qanun" nəşriyyatı tərəfindən üz qabığında Azərbaycan aktyorlarının fotoları əks olunan yeni bloknot nəşr edilib.

Bakupost.az xəbər verir ki, bloknotun üz qabığında yer alan foto bir müddət əvvəl müstəqil M.Teatr – “Mənim Teatrım” tərəfindən səhnələşdirilmiş, məşhur ingilis yazıçısı Etel Lilian Voyniçin eyniadlı romanı əsasında hazırlanan “Ovod” tamaşasından götürülüb.

Sözügedən tamaşa aprelin 20-də Heydər Əliyev Sarayında nümayiş etdirilib.

Qeyd edək ki, “Ovod” əsəri tamaşa formatında təqdim olunarkən teatrsevərlər tərəfindən böyük maraqla qarşılanmışdı. Tamaşanın növbəti premyerası iyunun 7–8-də baş tutacaq.


Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar